Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daha 26 laçınlı ailəyə evlərinin açarları təqdim olunub

16.10.2023 [20:33]

Xəbərin mətni

Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Oktyabrın 16-da Laçına növbəti köç prosesi gerçəkləşib. Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhəri bu gün 26 ailəyə qucaq açıb və daha 96 laçınlının yurd həsrəti bitib.