Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: Bir gecədə 5 ailə üzvümü itirdim
17.10.2023 [10:38]
Xəbərin mətni
17 oktyabr 2020-ci il... Gəncə Vətən müharibəsi dövründə beşinci dəfə raket hücumuna məruz qaldı. Həmin gün körpə uşaqlar, yaşlılar, qadınlar, bir sözlə günahsız mülki insanlar yenə də gecəni ard-arda üç dəhşətli partlayış səsi ilə qarşıladılar. 15 nəfər həlak oldu, 55 nəfər yaralandı.