Yevlaxlı qadın 50 ildir elektrik mühərriklərinin təmiri ilə məşğuldur
17.10.2023 [19:31]
Xəbərin mətni
Yevlax şəhər sakini Xuraman Məmmədova 50 ilə yaxındır elektrik mühərriklərinin təmiri ilə məşğuldur. O, nəinki Yevlaxda, eləcə də respublikamızda bu peşənin sahibi olan bəlkə də yeganə qadındır.
Xuraman Məmmədova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, 1972-ci ildə Bakı Maliyyə Kredit Texnikumunun qiyabi şöbəsinə qəbul olub və bu dövrdə Maşınqayırma zavodunda işə düzələrək elektrik mühərriklərinin təmiri peşəsinə yiyələnib. Mühərrik təmiri peşəsinə sonsuz istəyi və möhkəm iradəsi zaman keçdikcə onu bu sahənin ən yaxşı ustalarından birinə çevirib.