MƏDƏNİYYƏT


Azərbaycanın Əməkdar artisti Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə marş bəstələyib

Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə marş bəstələyib. Marşın sözləri və musiqisi Turan Manafzadəyə aiddir.

Bu barədə AZƏRTAC-a açıqlama verən Turan Manafzadə “Türkiyə 100” adlı əsərinin Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərini də tərənnüm etdiyini bildirib.