Azərbaycan Dövlət İnformasiya Agentliyi

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək

19.09.2026 [20:09]

Xəbərin mətni

Bu gün Türk dünyasının müxtəlif bölgələrində fərqli musiqi ənənələri və bəstəkarlıq məktəbləri mövcuddur. Zaman keçdikcə bu ənənələr milli məktəblərə çevrilib, görkəmli bəstəkarların yaradıcılığından bəhrələnərək inkişaf edib və hər biri özünəməxsus üslub formalaşdırıb. Bunu AZƏRTAC-a açıqlamasında İstanbul Universiteti Dövlət Konservatoriyasının Musiqişünaslıq kafedrasının müdiri professor Abdullah Akat deyib. Onun sözlərinə görə, Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması müxtəlif bəstəkarlıq məktəblərinin imkanlarını bir araya gətirməklə ortaq musiqi dilinin formalaşmasına töhfə verə bilər.