Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Mustafa Kamal Atatürk – 2023” birgə təliminin növbəti tapşırıqları məşq etdirilib

22.10.2023 [18:40]

Xəbərin mətni

“Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi ərəfəsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin komando bölmələri xüsusi tapşırıqların icrasını məşq ediblər.
Müdafiə Nazirliyindən AZƏRTAc-a bildirilib ki, plana uyğun olaraq əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin diversiya qrupunun yaşayış məntəqələrində yerləşən müvəqqəti sığınacaqlarının müəyyən edilməsi və mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər.