Prezident İlham Əliyev Sumqayıt şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib
23.10.2023 [20:48]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoyub.