Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qazaxda vətəndaşlarla görüşüb

27.10.2023 [16:04]

Xəbərin mətni

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov oktyabrın 27-də Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonlarından olan vətəndaşlarla görüşüb. Görüşdə 20 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, vaxtından əvvəl tibbi şəhadətnamə verilməsi, Vətən müharibəsində iştiraka görə təltif olunma, müharibə veteranı adı və vəsiqəsinin verilməsi və sair məsələlərlə bağlı müraciət ediblər.