SİYASƏT


Bakıda Zəfər Günü yürüşləri keçirilib

8 Noyabr - Zəfər Günü münasibətilə Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, yürüşlərdən əvvəl Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.