Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Türkiyənin mədəniyyət və turizm naziri ilə Şuşada görülən işlərdən danışıblar

13.11.2023 [21:59]

Xəbərin mətni

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Ankarada keçirilən “Şuşa mədəniyyət günləri” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov noyabrın 13-də Türkiyənin mədəniyyət və turizm naziri Memet Nuri Ersoyla görüşüb.