RƏSMİ
İraq Prezidenti Əbdüllətif Camal Rəşidin rəsmi qarşılanma mərasimi olub
20.11.2023 [13:53]
Xəbərin mətni
Azərbaycan Respublikasına rəsmi səfərə gələn İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İraq Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi İraq Prezidentinə raport verdi.
Prezident Əbdüllətif Camal Rəşid Azərbaycan əsgərlərini salamladı.