Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daşkəsənin ucqar kəndlərinə qar yağıb

21.11.2023 [14:30]

Xəbərin mətni

Daşkəsən rayonunun bəzi ucqar dağ kəndlərinə qar yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Xoşbulaq, Əmirvar, Əhmədli, Təzəkənd, Qaraqullar, Zinzahal və Alaxançallı kəndlərində dünən gecə saatlarından yağmağa başlayan qar bu gün səhər saatlarına qədər davam edib.