Ordubadda mikroavtobus aşıb, xəsarət alanlar var
15.11.2026 [17:53]
Xəbərin mətni
Ordubadda mikroavtobus aşıb, xəsarət alanlar var. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Dırnıs kəndində baş verib. Hadisə zamanı 11 nəfər xəsarət alıb. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.