Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağın inşasında yeniliklər var

25.11.2023 [14:16]

Xəbərin mətni

Aran Qarabağın torpaqlarının çox hissəsinin çökən və şişən qrunt olması binaların özüllərinin daha dərin qazılmasını tələb edir.
“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Ağdam rayonunun Kəngərli kəndində şişən və çökən qruntun dərinliyi 1 metrdən 2 metrə qədərdir. Sarıcalı və Xıdırlı kəndlərində bu göstərici daha da çoxdur. Bünövrə dərinliyinin çoxalması isə inşaat işlərində məsrəfi artıran amillərdəndir.