MƏDƏNİYYƏT


Gədəbəyin qış turizminin yeni mövsümü

Azərbaycanın zəngin turizm potensialına malik bölgələrindən biri də Gədəbəy rayonudur. Bu dağlıq rayonun zəngin təbiəti, tarixi abidələri, əsrarəngiz coğrafi məkanları var. Rayona gələnlər buranı təkcə yay aylarında seçmir, soyuqlar düşəndə, qarlı günlərdə də bura üz tuturlar. Qış turizmi üçün geniş imkanları olan rayonda bir neçə marşrut üzrə gəzməli, görməli məkanlar var.
Gədəbəy rayonunda qış turizmi üçün əlverişli şərait yaranıb. Elə ki, havalar soyudu, qar yağdı, insanların bu ərazilərə axını müşahidə edilir. Emin və Ruslanda Gədəbəyə qarın yağdığı xəbərini eşidər-eşitməz rayona istirahət üçün gələnlərdəndir.