Xaçmazda yeni inşa olunan körpü bu ay istifadəyə veriləcək
04.12.2023 [13:11]
Xəbərin mətni
Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpünün konstruksiyaları tamamlanıb. Hazırda körpünün yolla birləşən hissələri, piyada keçidləri, istinad divarları və mühafizə bəndləri qurulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni avtomobil körpüsünün inşasının noyabrın sonuna kimi tamamlanması nəzərdə tutulsa da, tikinti işləri dekabrın ikinci ongünlüyünə kimi davam edəcək.