İQTİSADİYYAT


142 yaşlı peşənin qəhrəmanları - Rabitəçilər

1881-ci ildə Nobel qardaşları cəmiyyəti tərəfindən Azərbaycana ilk telefon xətti çəkilir. Elə həmin gündən etibarən bu sahə daim olaraq inkişafdadır. Bu inkişafın nəticəsi olaraq 6 dekabr 2006-cı ildə sərəncam imzalandı. Sərəncama görə 6 dekabr Rabitəçilərin peşə bayramı günü kimi qeyd olunur. Bura isə sorğu mərkəzidir. Sorğu mərkəzində 4 fərqli çağrı kodu var ki, bunlar Aztelekom, Baktelekom, ümumi məlumatlar və 153 yəni dərman peraparatları ilə bağlıdır. Sorğu mərkəzi 24 saat fasiləsiz fəaliyyət göstərir. Vətəndaşlardan çağrı mərkəzinə gələn problemlər isə aiddiyatı üzrə rayon və şəhər qovşaqlarına göndərilir. Qovşaqlarda isə problem aydınlaşdırılır və həll edilir. Əsas məqsəd vətəndaşın rabitə ilə bağlı heç bir probleminin olmamasıdır.