CƏMİYYƏT


Motosiklet sürücüsü yük avtomobilinin altında qaldı

Xaçmazda avtoqəzada ölən motosiklet sürücüsünün şəxsiyyəti müəyyənləşib. Hadisə Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində baş verib. Müşfiq Quliyevin idarə etdiyi 99 DR 405 nömrəli "Mercedes" markalı yük avtomobili motosikletlə toqquşub. Qəza nəticəsində motosiklet sürücüsü 1970-ci təvəllüdlü Xaçmaz rayonu Qaraçı kənd sakini Əkbərov Valeh Kamil oğlu yük avtomobilinin altında qalaraq hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.