Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı-Şamaxı yolunda avtomobildə baş verən yanğın söndürülüb

06.12.2023 [16:29]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Şamaxı rayonunun Bakı-Şamaxı yolunun 123 kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.