FHN: Səbail rayonunun Xəqani küçəsində obyektdə yanğın baş verib
08.12.2023 [12:55]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Səbail rayonunun Xəqani küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.