Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: Səbail rayonunda ictimai iaşə obyektində yanğın baş verib

11.12.2023 [12:50]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Səbail rayonunun Ü.Hacıbəyov küçəsində yerləşən ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.