Azərbaycan Dövlət İnformasiya Agentliyi

Horadiz-Ağbənd dəmir yolu layihəsi 2025-ci ildə yekunlaşdırılacaq

12.12.2023 [15:20]

Xəbərin mətni

Qarabağda “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən iki layihə həyata keçirilir. Bunlardan biri olan Bərdə-Ağdam layihəsinin artıq böyük hissəsi tamamlanıb. Ağdam şəhərinə qədər dəmir yolu xətti çəkilib. İşlərin bütövlükdə 85 faizi icra olunub. Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib