Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ və Şərqi Zəngəzurda növbəti il 12 SES istismara veriləcək

29.12.2023 [15:11]

Xəbərin mətni

İşğaldan azad edilən ərazilərdə 2023-cü ildə “AzərEnerji” tərəfindən 12 yerdə tikilən yarımstansiya və su elektrik stansiyalarının açılışı olub.
“AzərEnerji”dən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası istismara verilib.