SİYASƏT


Müdafiə Nazirliyinin rəhbərliyi bayram ərəfəsində hospitalı ziyarət edib

Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Baş Klinik Hospitalı ziyarət edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.