Yeni il münasibətilə Şuşada atəşfəşanlıq olub
01.01.2024 [01:31]
Xəbərin mətni
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Şuşada atəşfəşanlıq olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram atəşfəşanlığını şəhərin bütün ərazisindən izləmək mümkün olub. Atəşfəşanlıq Qarabağın, qədim Şuşanın səmasını al-əlvan rəngə boyayıb.