Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Turizm Sənayesi Subyektlərinin forumu keçirilib

11.01.2024 [17:25]

Xəbərin mətni

Yanvarın 11-də Bakı Konqres Mərkəzində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda forum keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov çıxış edərək 2023-cü ilin ölkə turizmin inkişafı üçün uğurlu il olduğunu və turizmin qeyri-neft sektorunun bir qolu olaraq xüsusi mərkəzə çevrildiyini bildirib. Ümummilli Lider Heydər Əliyevin turizmə ayırdığı xüsusi diqqət və qayğı sayəsində bu sahənin yeni dövrə qədəm qoyduğunu söyləyən sədr deyib: “Prezident İlham Əliyev turizm sahəsini daha da inkişaf etdirir. Bu, turizm sahəsinin beynəlxalq aləmə inteqrasiyasını təmin edir”.