CƏMİYYƏT


Lerikdə istirahət mərkəzində yanğın olub

Lerik rayonunda yanğın baş verib. AZƏRTAC xəbər verir ki, yanğın hadisəsi gecə saat 3 radələrində Lənkəran-Lerik magistralının kənarında yerləşən "Təbəssüm" istirahət mərkəzində qeydə alınıb. Yanğın zamanı ümumi sahəsi 410 kvadratmetr olmaqla, 5 kottec yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Lerikdən 2, Lənkərandan isə 1 texnika və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın səhər saatlarında lokallaşdırılıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb.