CƏMİYYƏT


Keniyalı QHT rəhbəri: Ermənistanın Azərbaycanın və qonşu ölkələrin ətraf mühitinə ziyan vurmaqda davam etməsi bizi narahat edir

Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi vaxt yaxınlaşdıqca Ermənistanın və dağ-mədən sənayesi şirkətlərinin Azərbaycanın və qonşu ölkələrin çaylarına, flora və faunasına ziyan vurmaqda davam etməsi vətəndaş cəmiyyəti təşkilatı olaraq bizi narahat edir. Bu fəaliyyət nəticəsində ətraf mühitə ziyan vurulur. İnsanların təmiz hava və su əldə etmək hüququ var. Ancaq dağ-mədən sənayesi çayları çirkləndirir. Ermənistan hökuməti və şirkətlər isə hər iki ölkənin vətəndaş cəmiyyətlərinin narahatlıqlarına fikir vermir.
AZƏRTAC xəbər verir ki, bunu Keniyanın “Wote” Gənclərin İnkişafı Təşkilatının icraçı direktoru Peter Oviti deyib.