Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmişlidə klinikadan oğurluq edən şəxs saxlanılıb

06.02.2024 [11:21]

Xəbərin mətni

İmişli rayon ərazisində yerləşən klinikaların birindən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş Ceyhun Salahov rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.