SİYASƏT


Haaqada seçki məntəqəsində hazırlıq işləri başa çatdırılıb

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Niderlanddakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 52 saylı seçki məntəqəsində də hazırlıq işləri başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu ölkədə yaşayan vətəndaşlarımız fevralın 7-də yerli vaxtla saat 08:00-dan 19:00-dək seçki məntəqəsinə gələrək sərbəst şəkildə səs verə bilərlər. Səfirlikdə yaradılmış 52 saylı seçki məntəqəsində 324 seçici qeydiyyatdan keçib.