CƏMİYYƏT


Xocalı sakini 32 ildən sonra ata yurdunda

44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən və ötən ilin sentyabr ayında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bununla da Qarabağ və Şərqi Zəngəzurdan didərgin salınmış yüz minlərlə insanın ən böyük arzuları həyata keçmiş oldu.
Xocalı rayonunun Quşçular kənd sakini Sahib Musayev də 32 ildir doğulub boya-başa çatdığı kəndinin, ata ocağının, evinin həsrəti ilə yaşayırdı. Artıq bu həsrət bitib.