Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan hərbçiləri Özbəkistanda keçirilən kursda iştirak edir

15.02.2024 [18:36]

Xəbərin mətni

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Özbəkistanın Daşkənd vilayəti ərazisində “Dağ rəhbəri” kursunda iştirak edir.
Özbəkistan Müdafiə Nazirliyinin "Çimqan" Dağ hazırlığı üzrə təlim-tədris mərkəzində keçirilən kursda iştirakçılar dağ avadanlıqlarından səmərəli istifadə, qayaya qalxma və enmə, təbii dağ maneə dəhlizlərini aşmaq, dağlıq şəraitdə atəş açmaq, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi və təhlükəsiz təxliyə üzrə əldə etdikləri nəzəri bilikləri təlim sahəsində praktiki olaraq icra edərək gücləndirirlər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI