SİYASƏT


Hərbi vəzifəlilərin praktiki vərdişləri təkmilləşdirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə "N" hərbi hissəsində keçirilən təlim toplanışı davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlim toplanışı çərçivəsində hərbi vəzifəlilərə atıcı silahların, qumbaratanların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir.