SİYASƏT


Rusiyalı politoloq: Qərb Bakı ilə yaxşı münasibətlər qurmaq istəyir

“Münxen Təhlükəsizlik Konfransı yeni trend nümayiş etdirdi. Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi ona daha güclü mövqe verdi. Beləliklə, o, danışıqlar prosesi zamanı erməni tərəfi üzərində öz təsirini gücləndirə bildi. Məhz biz indi Bakının İrəvana təsirinin güclənməsinin şahidiyik. İrəvan əmin oldu ki, Bakı güclənib”. Bu fikirləri AZƏRTAC-a müsahibəsində rusiyalı politoloq Sergey Osinkin deyib.