Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Özbəkistanda “Qarabağda yenidən doğan günəş” adlı fotosərgi açılıb

21.02.2024 [15:52]

Xəbərin mətni

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qarabağda yenidən doğan günəş” adlı fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açılış mərasimində çıxış edərək, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın Prezident İlham Əliyevin uğurlu siyasəti, ordumuzun rəşadəti ilə azad edildiyini söyləyib, Ermənistan işğalının acı nəticələri barədə məlumat verib.