MƏDƏNİYYƏT


Qədim Şəkinin müasir sənəti

Qədim mədəniyyət mərkəzlərindən biri, zəngin xalq tətbiqi sənət ənənələrinə malik Şəki tarixən olduğu kimi, bu gün də sənətkarların sayına görə Azərbaycanda ön sıralardadır. Şəki şəhərində yaranan xalq tətbiqi sənəti növlərinin demək olar, hamısı bu gün də yaşayır və yaşadılır. Bununla yanaşı, şəkili sənətkarlar müasir sənət növlərinə də maraq göstərir, ona özlərinə xas yeni nəfəs, yeni rəng və çalar qatmaqla daha cəlbedici, daha zövqlü edirlər. AZƏRTAC xəbər verir ki, belə müasir sənət növlərindən biri də “string art”dır. Əməkdaşımız bu günlərdə şəkili sənətkar Nərgiz Əsədullayevanın emalatxanasında olub, onun əl işləri ilə maraqlanıb.