SİYASƏT


Əhsən Həmid: Azərbaycanda milli azlıqların sülh içərisində yaşaması çox yaxşı nümunədir

Azərbaycanda milli azlıqların sülh içərisində yaşaması çox yaxşı nümunədir. Düşünürəm ki, Avropa ölkələri bu siyasəti mənimsəməli və tətbiq etməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Pakistanda Siyasət Araşdırmaları və Təbliğat Mərkəzinin icraçı direktoru Əhsən Həmid Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" mövzusunda plenar iclasda deyib.