Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qərbi Azərbaycan İcması sədrinin müavini BMT-nin Forumunda qayıdış məsələsindən danışıb

14.03.2024 [11:19]

Xəbərin mətni

Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən martın 13-14-də keçirilən BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Davamlı İnkişaf üzrə Forumunda iştirak edir.
Qərbi Azərbaycan İcmasından AZƏRTAC-a bildirilib ki, sülhpərvər və inklüziv inkişafın təşviqinə xidmət edən 16-cı dayanıqlı inkişaf məqsədinin yerinə yetirilməsinə həsr olunmuş paneldə çıxış edən Ramil Həsən sözügedən dayanıqlı inkişaf məqsədinin yerinə yetirilməsində əsas çətinliklərdən olan köçkünlük probleminə toxunub.

Bölmənin digər videoları