Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan səfiri Kannda beynəlxalq tədbirdə ölkəmizdəki münbit investisiya mühitindən danışıb

15.03.2024 [15:46]

Xəbərin mətni

Azərbaycanın Fransadakı səfirliyinin və Fransanın Lexlor şirkətinin birgə təşkilatçılığı ilə ölkəmiz Kann şəhərində keçirilən Qlobal Şəhərsalma Festivalında böyük və zəngin stendlə təmsil olunub. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Festival çərçivəsində təşkil olunmuş “Azərbaycanda sərmayə yatır” adlı konfransda iştirak edib. Lexlor şirkətinin menecer tərəfdaşı Edmond Verdyenin moderatorluğu ilə keçirilən konfransda səfir Leyla Abdullayeva Azərbaycan iqtisadiyyatının hərtərəfli icmalı, perspektivləri, investisiya imkanları və ixrac potensialı haqqında ətraflı məlumat verib. Ölkəmizin iqtisadiyyatının ardıcıl və dayanıqlı artım nümayiş etdirdiyini bildirib.