Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib

15.03.2024 [17:01]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə BMT və onun müxtəlif strukturları arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu.
Dennis Fransis Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı Forumunun və burada aparılan müzakirələrin önəmini vurğuladı. O, Azərbaycanın çoxtərəfli diplomatiyaya və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI