MƏDƏNİYYƏT


Qazaxın sərhəd kəndinin sakinləri İlaxır çərşənbəni necə qarşılayırlar? REPORTAJ

Bu gün Novruzun sonuncu çərşənbəsi - Torpaq çərşənbəsidir. Bu çərşənbəyə İlaxır çərşənbə də deyilib. İlaxır çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığını bildirir. Bu çərşənbə əksər bölgələrdə təntənəli keçirilir. Bəzən İlaxır çərşənbə Novruz bayramı kimi möhtəşəmliyi ilə yadda qalır.
AZƏRTAC xəbər verir ki, İlaxır çərşənbəni Qazax rayonunun Cəfərli kəndinin sakinləri də adət-ənənələrimizə uyğun qarşılayırlar. Düşmənlə üz-üzə olsalar da, bu, sərhəd kəndin sakinlərini əsla narahat etmir, əksinə, bayramlarını daha yüksək əhvali-ruhiyyə ilə keçirirlər.