MƏDƏNİYYƏT
30 ildir Kosa, 20 ildir Keçəl obrazlarını canlandırırlar
20.03.2024 [12:04]
Xəbərin mətni
Novruz bayramının əsas personajları Kosa və Keçəl sayılır. Onların bir-biriləri ilə şən zarafatları, məzhəkəli söhbətləri bayrama xüsusi rəng qatır. Novruz bayramında bu obrazlar təbiətin oyanış dövründə gülüş, səmimiyyət doğurur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Dövlət Dram Teatrının aktyorları Akif Səfərov və İnqilab Səttarov illərdir el şənliklərində və tamaşalarda Kosa və Keçəl obrazını canlandırırlar.