CƏMİYYƏT


Doğma yurduna 31 il əvvəl ailəsini xilas etmiş “QAZ-69”la qayıdacaq

30 illik Vətən həsrəti başa çatıb. Torpaqlarımız erməni işğalından azad edildikdən sonra bərpa-quruculuq işlərinə start verilib. İndi insanlar mərhələli şəkildə doğma el-obasına qayıdır.
AZƏRTAC xəbər verir ki, ata-baba yurduna dönmək arzusu ilə yaşayanlar sırasında kəlbəcərlilər də var. 31 il əvvəl Kəlbəcərdən məcburi köçkün düşən Məhərrəm Rzayev də onlardan biridir.
Bizi gülər-üz, səmimiyyətlə qarşılayır Məhərrəm dayı. Söhbət zamanı onları erməni vandallarından xilas edən məşhur “QAZ-69” avtomobilini hələ də qoruyub saxladığını öyrənirik.