İQTİSADİYYAT


“Baku Steel Company” QSC Almaniyada “Tube 2024” sərgisində Azərbaycanı təmsil etdi

Aprelin 15-19-da Almaniyanın Düsseldorf şəhərində metallurgiya sektorunun ən böyük sərgisi olan “Tube 2024” keçirildi. Azərbaycanı sözügedən sərgidə Qafqazın ən iri və qabaqcıl metallurgiya şirkəti “Baku Steel Company” QSC (BSC) təmsil etdi.
Dünyanın 60 ölkəsindən 2600-dən çox şirkətin öz xidmət və məhsullarını sərgilədiyi “Tube 2024”də BSC nümayəndələri təmsil etdikləri şirkətin məhsulları, həmçinin bütövlükdə Azərbaycanın metallurgiya sektoru və onun imkanları barədə məlumatlar verdilər.