Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
25.04.2024 [11:46]
Xəbərin mətni
Aprelin 24-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzində Qırğızıstanın dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələri ilə tanış olublar.