SİYASƏT


Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

İnanırıq ki, bu gün Bakıda keçirilən toplantımız birgə əməkdaşlığımıza töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay aprelin 25-də Bakıda keçirilən Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin birinci iclasından sonra keçirilən mətbuat konfransında səsləndirib.