MƏDƏNİYYƏT


Oğuz sakininin maraqlı əl işləri

Böyük Qafqaz sıra dağlarının cənub yamacında yerləşən Oğuzun Baş Daşağıl kəndi həm də Şahdağ Milli parkının tamamlandığı əraziləri əhatə edir. Bu əsrarəngiz kəndin təbiəti kimi insanları da zəhmətkeş və yaradıcıdır. Son günlər onlardan biri haqda daha çox eşidir, əl işlərini izləyirik. Bu sadə və yaradıcı kənd sakini Bakıxan Abdullayevdir.