SİYASƏT


Bakı Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda panel sessiya keçirilib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiyasında süni intellektin mədəniyyətlərə təsiri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, “TC Holdings” platformasının qurucusu, beynəlxalq biznesmen, israilli texnoloji innovasiya üzrə mütəxəssis Tal Katranın moderatorluğu ilə keçirilən panel sessiyasında indiki dövrdə bu texnologiyaların tətbiqi, xüsusi olaraq süni zəkanın tətbiqi bütün sahələrdəki kimi mədəniyyət və yaradıcılıq sahəsində də öz yerini tutduğu diqqətə çatdırılıb.