İDMAN


Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub

Üçgünlük yarışlarda 37 ölkədən, ümumilikdə, 160 gimnast iştirak edir. Azərbaycanı turnirdə fərdi proqramda Zöhrə Ağamirova və Kamilla Seyidzadə, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda təmsil edir. Qeyd edək ki, Avropa Kubokunun ümumi mükafat məbləği 40 000 avrodur.