Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər
06.10.2026 [16:15]
Xəbərin mətni
Böyük Britaniya Azərbaycanda həyata keçiriləcək layihələrin maliyyələşdirilməsinə ən azı 5 milyard funt sterlinq həcmində maliyyə dəstəyi göstərə bilər. Bu sözləri Böyük Britaniyanın Biznes, İnnovasiya, Elm və Ticarət Departamentində dövlət naziri Anas Sarvar Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında keçirilən Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib.